Sahibkarlığın İnkişafı Fondu ötən il 908 layihəyə 127 milyon manatadək güzəştli kredit ayırıb

2021.02.09 12:23 (UTC+04:00)

Sahibkarlığın İnkişafı Fondu 2020-ci ildə 908 layihəyə 127 milyon manatadək güzəştli kredit ayırıb.

Bu barədə İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondunun idarə heyətinin sədri Kənan Nəcəfov deyib.

O qeyd edib ki, kreditlər əsasən aqrar sektora, sənaye məhsullarının istehsalı, xidmət və turizm sahələrinə ayrılıb.