Azərbaycan nefti 61 dollardan baha satılır

2021.02.09 11:10 (UTC+04:00)

Azərbaycan neftinin qiyməti bahalaşır.

“Azeri Light” markalı neftin bir barrelinin qiyməti 0,60 dollar artaraq 61,11 dollar təşkil edib. Bu, son bir ilin maksimum göstəricisidir.

“Azeri Light” neftinin bir barrelinin qiyməti keçən il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.