“Brent” neftinin qiyməti son bir ildə ilk dəfə 60 dolları ötüb

2021.02.08 12:35 (UTC+04:00)

Qiymətlər neft bazarındakı müsbət inkişaflar, intizamlı istehsal və tələbatdakı artımın yaratdığı nikbin gözləntilər fonunda bahalaşır.

Qeyd edək ki, “Brent”in qiyməti sonuncu dəfə ötən il yanvar ayının sonlarında 60 dollardan baha satılmışdı.

Hazırda “Brent”in bir barreli Londonun ICE birjasında 60,13 dollara, “Light” markalı xam neftin bir barreli isə Nyu-Yorkun NYMEX birjasında 57,66 dollara alıcı axtarır.