Böyük Britaniya onlayn satışa əlavə vergi tətbiq etmək niyyətindədir

2021.02.08 13:41 (UTC+04:00)

Hökumət Böyük Britaniyada fəaliyyət göstərən və koronavirus pandemiyası şəraitində öz dövriyyələrini əsaslı şəkildə artıran iri texnologiya şirkətləri və riteylerlər üçün yeni vergilərin tətbiqinə hazırlaşır. Burada məqsəd son bir ildə dövlət büdcəsinin üzərinə düşən fövqəladə yükün tarazlaşdırılmasıdır.

Fevral ayında Maliyyə Nazirliyi iri texnologiya şirkətlərinin və riteylerlərin nümayəndələri ilə onlayn satışın əlavə vergiyə cəlb edilməsi mövzusunda müzakirələr keçirəcək. Bundan əlavə, müəssisələrin əldə etdikləri yüksək mənfəətlər üçün birdəfəlik verginin tətbiqi üzərində də iş aparılır.

Əlavə vergiyə cəlb edilməsi nəzərdə tutulan şirkətlər arasında "Amazon”, “Asos”, “Ocado”, “Just Eat”, “Deliveroo” kimi internet nəhəngləri, eləcə də iri supermarket şəbəkələri və bağlamaları ünvanlarına çatdıran xidmət müəssisələri də var.