Azərbaycanın 2021-2024-cü illər üzrə yanacaq-enerji balansının proqnoz göstəriciləri hazırlanıb

2021.02.08 12:13 (UTC+04:00)

Azərbaycanın 2021-2024-cü illər üzrə yanacaq-enerji balansının proqnoz göstəriciləri hazırlanıb.

Energetika Nazirliyindən bildirilib ki, nazirlik tərəfindən hazırlanmış “Azərbaycan Respublikasının 2020-ci il üzrə yanacaq-enerji balansının proqnoz göstəriciləri” İqtisadiyyat və Maliyyə nazirlikləri ilə razılaşdırılaraq Nazirlər Kabineti tərəfindən təsdiq edilib. 2020-ci il yanacaq-enerji balansının icra göstəricilərinin hər rüb üzrə təhlili aparılıb və icrasına nəzarət edilib.

Həmçinin nazirlik tərəfindən hazırlanmış “Azərbaycan Respublikasının 2021-2024-cü illər üzrə yanacaq-enerji balansının proqnoz göstəriciləri” İqtisadiyyat və Maliyyə nazirlikləri ilə razılaşdırılaraq Nazirlər Kabinetinə təqdim olunub.