Mikayıl Cabbarov: 2020-ci ildə aktiv vergi ödəyicilərinin sayı 616 mini ötüb

2021.02.08 11:43 (UTC+04:00)

Aktiv vergi ödəyicilərinin sayında artım müşahidə edilir. 2020-ci il ərzində onların sayı 24 faizdən çox artaraq 616 mini ötüb.

Bu sözləri iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

Nazir qeyd edib ki, aktiv ƏDV ödəyicilərinin sayında isə 17 faizdən çox artım olub.