Azərbaycan keçən il xaricə təbii qaz satışını 15,6 faiz artırıb.
Energetika Nazirliyindən bildirilib ki, 2020-ci ildə ölkədə 37,1 milyard kubmetr (proqnozdan 1 milyard kubmetr, yəni 2,6 faiz az) qaz hasil edilib. Əvvəlki ilə görə isə 1,5 milyard kubmetr, yəni 4,2 faiz çox qaz hasil olunub. Qaz həcmlərinin 7,3 milyard kubmetri SOCAR-ın, 11,7 milyard kubmetri “Azəri-Çıraq-Günəşli” yataqlar blokunun, 18,1 milyard kubmetri isə “Şahdəniz” yatağının payına düşüb.
İl ərzində xaricə qaz satışı 13,5 milyard kubmetr (proqnozdan 590 milyon kubmetr az) olub. Əvvəlki illə müqayisədə xaricə qaz satışı ümumilikdə 1,8 milyard kubmetr, yəni 15,6 faiz çox olub.