Azərbaycan neftinin qiyməti bahalaşıb.
“Azeri Light” markalı neftin bir barrelinin qiyməti 1,12 dollar artaraq 60,51 dollar təşkil edib.
Qeyd edək ki, Azərbaycan neftinin qiyməti sonuncu dəfə ötən il fevralın 22-də 60 dollar/barreli keçmişdi.
“Azeri Light” neftinin bir barrelinin qiyməti keçən il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.