Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) Xəzərin Azərbaycan sektorundakı “Azəri-Çıraq-Günəşli” (AÇG) neft-qaz yataqları blokunun işlənməsi layihəsinin reallaşdırılması çərçivəsində cari ilin yanvar ayında 244 milyon 946 min ABŞ dolları gəlir əldə edib.
Bu barədə ARDNF-in İctimaiyyətlə əlaqələr departamentindən bildirilib.
Qeyd edək ki, Neft Fondunun 2020-ci ildə AÇG layihəsi üzrə gəliri 3 milyard 522,7 milyon dollar olub.