Çin pandemiya dövründə gömrük yığımlarında ciddi güzəştlərə gedib

2021.02.05 13:19 (UTC+04:00)

Keçən il koronavirus pandemiyasının yayılmasına qarşı mübarizə şəraitində Çinin gömrük xidmətinin xarici ticarətə və ölkə iqtisadiyyatına kömək məqsədilə ləğv etdiyi vergilərin və yığımların məbləği 268,77 milyard yuan (41,44 milyard dollar) təşkil edib.

İl ərzində koronavirus pandemiyasının müayinəsi və profilaktikası sahəsində istifadə olunan vasitələrin idxalı üçün 610 milyon yuan (94,3 milyon dollar) məbləğində vergi güzəşti edilib.

İstehsal və tədarük zəncirinin işinin arasıkəsilməzliyinin təmin olunması məqsədilə Çin gömrük xidməti 197 vergi maddəsində düzəliş aparıb ki, buraya bir sıra məhsullar üçün idxal vergiləri ilə bağlı maddələr də daxildir.

İl ərzində 15,66 milyard yuan (2,4 milyard dollar) məbləğində vergilərin ödənmə müddəti uzadılıb, vergilərin ödənilmə vaxtı keçdiyinə görə tətbiq olunmuş 300 milyon yuan (46,4 milyon dollar) həcmində cərimə isə ləğv edilib.