Dünya İqtisadi Forumunun keçiriləcəyi vaxt yenidən dəyişib

2021.02.04 12:42 (UTC+04:00)

Dünya İqtisadi Forumunun (WEF) keçiriləcəyi vaxt yenidən dəyişib.

Buna səbəb kimi koronavirus pandemiyası göstərilib. Belə ki, Dünya İqtisadi Forumu avqustun 17-20-də Sinqapurda baş tutacaq. Daha əvvəl forumun mayın 13-dən 16-dək Sinqapurda keçiriləcəyi açıqlanmışdı.

Qeyd edək ki, hər il İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumunun keçiriləcəyi yer koronavirusa görə dəyişdirilib. Bu il forum virtual və ənənəvi hissələrdən ibarət olacaq.

Yanvarın 25-29-da Dünya İqtisadi Forumunun “Davos gündəliyi” tədbiri keçirilib, 70 ölkədən 1500-dən çox iş adamı, siyasətçi, alim və QHT nümayəndəsinin iştirakı ilə təşkil olunan virtual tədbirdə dünya iqtisadiyyatının pandemiyadan sonrakı vəziyyətinə dair müzakirələr aparılıb.