OPEC-in növbəti iclası martın 3-də keçiriləcək

2021.02.04 12:01 (UTC+04:00)

OPEC və bəzi OPEC-ə üzv olmayan ölkələrin (“OPEC+”) Nazirlərinin Birgə Monitorinq Komitəsinin (JMMC) növbəti – 27-ci iclası martın 3-də keçiriləcək.

“OPEC+” Müştərək Texniki Komissiyasının (JTC) iclasının isə martın 2-də təşkili planlaşdırılır.

Xatırladaq ki, JTC və JMMC 2016-cı il dekabrın 10-da Avstriyanın paytaxtı Vyanada təşkil edilən OPEC və OPEC-ə üzv olmayan ölkələrin nazirlərinin ilk toplantısında imzalanan tarixi “Əməkdaşlıq Bəyannaməsi” çərçivəsində yaradılıb. JTC neft bazarına dair təhlillər aparan və JMMC-yə təqdim edən texniki düşüncə mərkəzidir.