Mərkəzi Bankın dövriyyədəki notlarının dəyəri 920 milyon manat olub

2021.02.03 18:02 (UTC+04:00)

Fevralın 3-nə Azərbaycan Mərkəzi Bankının (AMB) dövriyyədə olan notlarının ümumi dəyəri 920 milyon manat təşkil edib.

AMB-dən bildirilib ki, 28 günlük notlar üzrə son faiz dərəcəsi 5,76 faiz, 84 günlük notlar üzrə 5,68 faiz, 168 günlük notlar üzrə 5,75 faiz, 252 günlük notlar üzrə 6,21 faiz olub.