Əmək bazarında şəffaflaşma nəticəsində məcburi dövlət sosial sığorta ödənişləri üzrə daxilolmalar artıb

2021.02.03 17:35 (UTC+04:00)

Əmək bazarında şəffaflaşma nəticəsində məcburi dövlət sosial sığorta ödənişləri üzrə daxilolmalar artıb və Dövlət Sosial Müdafiə Fondunun büdcə asılılığı azalıb.

Bu sözləri iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

Nazir qeyd edib ki, 2017-ci ildə büdcədən maliyyələşmənin xüsusi çəkisi 38,1 faiz idisə, 2020-ci ildə bu göstərici 25 faizdən azdır.