Fevralın 3-də Bakı Fond Birjasında (BFB) Azərbaycan Mərkəzi Bankının (AMB) 50100789S dövlət qeydiyyat nömrəli, 150 milyon manat həcmində, 28 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
BFB-dən bildirilib ki, hərrac zamanı 14 investor tərəfindən qiymət intervalı 99.5167 AZN (6,24 faiz) və 99.5543 AZN (5.76 faiz) olan 25 sifariş təqdim edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 573 milyon 310 min 100 manat olub. AMB-nin qərarına əsasən, notların kəsmə qiyməti 99.5543 AZN (5.76 faiz), orta ölçülmüş qiyməti isə 99.5543 AZN (5.76 faiz) müəyyən edilib. Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 150 milyon manat təşkil edib. Notlar martın 3-də ödəniləcək.