Paytaxtda inşaat işlərinin 88,5 faizini qeyri-dövlət tikinti müəssisələri yerinə yetirib.
Bakı Şəhər Statistika İdarəsinin yaydığı məlumatda bildirilir ki, 2020-ci ildə tikinti müəssisələri tərəfindən yerinə yetirilmiş inşaat işlərinin 65,2 faizini tikinti, yenidənqurma və genişləndirmə, 6,2 faizini əsaslı təmir, 5,9 faizini cari təmir, 22,7 faizini isə sair tikinti işləri təşkil edib.