Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) tərəfindən yanvar ayı ərzində valyuta hərraclarında 644,9 milyon ABŞ dolları məbləğində vəsait satılıb.
Bu barədə ARDNF-in İctimaiyyətlə əlaqələr departamentindən bildirilib.
Xatırladaq ki, Neft Fondu dekabrdakı valyuta hərraclarında 637,74 milyon dollar satmışdı.
ARDNF tərəfindən keçən il ərzində isə valyuta hərraclarında 7 milyard 303,64 milyon dollar vəsait satılıb.