Kiçik və orta biznes subyektləri beynəlxalq layihədə iştiraka dəvət olunur

2021.02.03 11:59 (UTC+04:00)

Kiçik və orta biznes subyektləri BMT-nin Sənaye İnkişafı Təşkilatının (UNIDO) layihəsində iştiraka dəvət olunur.
Kiçik və Orta Biznesin İnkişafı

Agentliyindən bildirilib ki, kiçik və orta biznes subyektlərinin istehsal və emal prosesləri zamanı resurslardan səmərəli istifadə etməsini və daha təmiz istehsalatın miqyasının genişləndirilməsi məqsədilə UNIDO “EU4Environment” regional layihəsinin “Dairəvi iqtisadiyyat və yeni inkişaf imkanları” komponentini həyata keçirir. Kiçik və orta sahibkarlıq subyektləri layihə komponentinin həyata keçirilməsi ilə əlaqədar elan edilmiş açıq tenderdə iştiraka dəvət olunurlar. Maraqlı KOB-lar UNIDO-nun satınalma səhifəsi vasitəsilə (https://www.unido.org/resources-procurement/procurement-opportunities) tenderdə iştirak edə bilərlər.