Sumqayıt Kimya Sənaye Parkında indiyədək 24 sahibkarlıq subyektinə rezident statusu verilib

2021.02.03 11:55 (UTC+04:00)

Regionun ən böyük sənaye zonası olan Sumqayıt Kimya Sənaye Parkında indiyədək 24 sahibkarlıq subyektinə rezident statusu verilib.

Bu sözləri iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

Nazir qeyd edib ki, növbəti mərhələdə 400 milyon manatdan çox investisiyanın qoyulması və 900-dək daimi iş yerinin yaradılması nəzərdə tutulur.