Azərbaycan neftinin qiyməti 58 dolları ötüb

2021.02.03 10:38 (UTC+04:00)

“Azeri Light” markalı neftin bir barrelinin qiyməti 1,8 dollar artaraq 58,48 dollar təşkil edib.

Qeyd edək ki, Azərbaycan neftinin bir barrelinin qiyməti ötən il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.