Hüquqi şəxslər Bakı əhalisinə 2,4 milyard manatlıq xidmət göstərib

2021.02.02 18:07 (UTC+04:00)

2020-ci ildə Bakı əhalisinə göstərilən ödənişli xidmətlərin dəyəri 2019-cu illə müqayisədə real ifadədə 29,6 faiz azalaraq 4 milyard 315 milyon manat olub.

Bakı Şəhər Statistika İdarəsinin yaydığı məlumatda bildirilir ki, hüquqi şəxslər tərəfindən əhaliyə 2 milyard 424,5 milyon manatlıq xidmət göstərilib, bu da xidmətlərin ümumi dəyərinin 56,2 faizini təşkil edib.