2020-ci ildə "AzerGold" QSC tərəfindən istehsal olunan külçə və sikkələrin pərakəndə satışı uğurla davam etdirilib. Belə ki, ötən il ümumi dəyəri 1,6 milyon manat olan 1275 ədəd məhsulun satışı həyata keçirilib.
Bu barədə "AzerGold" QSC-nin idarə heyətinin sədri Zakir İbrahimov fevralın 2-də keçən ilin yekunları və qarşıda duran məsələlərə həsr olunan mətbuat konfransında deyib.
Qeyd edilib ki, hesabat dövrü ərzində qiymətlilərin onlayn sifarişlərinin həyata keçirilməsi üçün yaradılan “Azergold.gift” saytı və sosial şəbəkələr üzərindən həyata keçirilən fəaliyyət, ümumilikdə satış dinamikasının da artmasına səbəb olub. Nəticədə 2019-cu illə müqayisədə 80 faiz daha çox məhsul satılıb, əldə edilən vəsait 84 faiz artıb.