Bugünkü valyuta hərracında tələb 59,9 milyon dollar olub

2021.02.02 14:18 (UTC+04:00)

Fevralın 2-də Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun da iştirakı ilə valyuta hərracı keçirilib.
AMB-dən bildirilib ki, hərracda tələb 59,9 milyon ABŞ dolları olub və tam təmin edilib. Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.