Şakira İspaniya məhkəməsində ifadə verməyə çağırılıb

2019.02.26 12:38 (UTC+04:00)

Məşhur kolumbiyalı müğənni Şakira ona qarşı irəli sürülmüş vergidən yayınma ittihamı ilə məhkəmənin başlatdığı təhqiqat çərçivəsində ifadə vermək üçün məhkəməyə çağırılıb. Məhkəmənin baxdığı iddianamədə Şakiranın Barselonada yaşadığı halda İspaniyada vergi ödəməmək üçün yaşayış yerini Bahama adaları kimi göstərdiyi, 2012-2014-cü illərdə ümumilikdə 6 maliyyə cinayəti törətməklə 14,5 milyon avro məbləğində vergini ödəməkdən yayındığı qeyd edilib.

Prokurorluğun mövqeyinə görə, 2012-2014-cü illərdə "Barselona" komandasının futbolçusu Jerar Pike ilə birlikdə yaşadığına görə İspaniyada məskunlaşdığı və Barselonın Esplugues de Llobregat səmtində ev satın aldığı sübut olunan Şakira vergilərini də İspaniyada ödəməli idi. Qanuna görə, 6 aydan artıq İspaniyada qalan vətəndaş bu ölkənin vergi ödəyicisi sayılır.