İpoteka və Kredit Zəmanət Fondunun xətti ilə verilən ipoteka kreditlərinin sayı və məbləği açıqlanıb.
Fonddan bildiriblər ki, İpoteka və Kredit Zəmanət Fondunun xətti ilə bu günədək 31 min 770 ipoteka krediti verilib. Fondun vəsaitləri hesabına verilmiş ipoteka kreditləri üzrə məbləğ 1 milyard 657 milyon 349,9 min manat təşkil edir.