Özbəkistan Respublikasının Prezidenti yanında Milli Layihə Agentliyi Vergi Məcəlləsinin layihəsini yeni redaksiyada işləyib hazırlayaraq ictimaiyyətin müzakirəsinə təqdim etmişdir.
Yeni məcəllə 60 bölmədən və 396 maddədən ibarətdir. Yanvar ayının 6-dək davam edəcək ictimai müzakirələrdə arzu edən hər kəs iştirak edə bilər. Xatırladaq ki, ölkə başçısı bu il iyunun 29-da "Özbəkistan Respublikasının vergi siyasətinin təkmilləşdirilməsi konsepsiyası haqqında" sərəncam imzalamışdı. Həmin sənəddə Prezident Şavkat Mirziyoyevin sahibkarlar üçün hüquqi şəxslərin əmlakına vergi tətbiq olunması, torpaq vergisi və su resurslarından istifadə üçün vergilər barədə müddəalar öz əksini tapmışdı. Bundan əlavə, fiziki şəxslərin gəlirlərinə vahid verginin tətbiqi və vətəndaşların büdcədənkənar pensiya fonduna sığorta haqqı ödəməsinin ləğvi, eləcə də əvvəllər hüquqi şəxslərin dövriyyəsindən tutulan məqsədli dövlət fondlarına köçürmələrin ləğvi barədə Prezident tərəfindən irəli sürülmüş təkliflər də sənəddə əks olunmuşdur.