Keçən ay Azərbaycandan Avropa İttifaqı ölkələrinə 223,7 milyon dollarlıq məhsul göndərilib

2021.01.29 17:32 (UTC+04:00)

Dekabrda Azərbaycandan Avropa İttifaqına (Aİ) üzv ölkələrə 223,7 milyon ABŞ dolları dəyərində məhsul ixrac olunub.

Dövlət Gömrük Komitəsindən bildirilib ki, ötən ay Aİ ölkələrindən Azərbaycana idxal edilən məhsulun dəyəri isə 216,3 milyon dollar təşkil edib.