Ötən il dəniz limanlarında 8 milyon 781,6 min ton həcmində yükləmə-boşaltma işləri həyata keçirilib.
Dövlət Statistika Komitəsindən bildirilib ki, yüklərin 8 milyon 186 min tonunu və ya 93,3 faizini tranzit yüklər təşkil edib. Yanvarın 1-nə limanlarda qalan yüklərin həcmi 238,6 min ton olub.
Keçən il dəniz nəqliyyatı ilə daşınmış sərnişinlərin sayı 2019-cu ilə nisbətən 8,1 faiz azalaraq 20,4 min nəfər təşkil edib.