2020-ci ildə qeyri-neft sektoruna aid məhsulların siyahısında qızıl ixracı birinci olub

2021.01.29 17:08 (UTC+04:00)

Ötən il ərzində ixrac edilən qeyri-neft sektoruna aid məhsulların siyahısında qızıl (205,6 milyon dollar) birinci, pomidor tomatı (201,4 milyon dollar) ikinci, pambıq mahlıcı (131,9 milyon dollar) isə üçüncü olub.

Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın yanvar sayında deyilir.