Dekabrda qeyri-neft-qaz məhsulları üzrə ən çox məhsul Rusiyaya ixrac edilib

2021.01.29 14:33 (UTC+04:00)

Ötən ilin dekabrında qeyri-neft-qaz məhsulları üzrə ən çox məhsul Rusiyaya (62,8 milyon dollar), Türkiyəyə (57,3 milyon dollar), İsveçrəyə (23,5 milyon dollar), Gürcüstana (10,7 milyon dollar) və Özbəkistana (7,6 milyon dollar) ixrac olunub.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın yanvar sayında bildirilib ki, dekabrda qeyri-neft sektoru üzrə ixracda xurma (26,7 milyon dollar) birinci, qızıl (21,9 milyon dollar) ikinci, pambıq mahlıcı (21,3 milyon dollar) üçüncü yerdə qərarlaşıb.