Ötən il Azərbaycanın qeyri-neft ixracı 1,9 milyard dollar dəyərində olub

2021.01.29 14:22 (UTC+04:00)

Keçən il Azərbaycandan 13,7 milyard dollar, o cümlədən qeyri-neft sektoru üzrə 1,9 milyard dollar dəyərində ixrac reallaşdırılıb.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın yanvar sayında bildirilib ki, qeyri-neft sektoru üzrə ixrac əvvəlki illə müqayisədə 102 milyon dollar və ya 5,2 faiz azalıb.

Hesabat ili ərzində Rusiyaya 691 milyon, Türkiyəyə 377,8 milyon, İsveçrəyə 224,8 milyon, Gürcüstana 127,6 milyon və Çinə 44,5 milyon dollar dəyərində qeyri-neft sektoruna aid məhsul ixrac olunub.