Mədaxil qəbzləri və kassa çeki əsasında xərclərin tanınması

2021.02.02 13:06 (UTC+04:00)

Vergi Məcəlləsinin 109.8 maddəsində göstərilir ki, nəzarət-kassa aparatının çeki və ya qəbz (bu Məcəllənin 16.1.11-6.1-ci – 16.1.11-6.3-cü maddələrində nəzərdə tutulan şəxslər tərəfindən verilən qəbz və ya digər ciddi hesabat blankları istisna olmaqla) malların (işlərin, xidmətlərin) alınması ilə bağlı çəkilən xərcləri təsdiq edən sənəd hesab olunmur.

Maddənin mətnindən də göründüyü kimi, kassa çeki və ya qəbzin xərcləri təsdiq edən sənəd hesab olunmasına yalnız Məcəllənin 16.1.11-6.1 - 16.1.11-6.3-cü maddələrində göstərilən hallarda icazə verilir.

Vergi Məcəlləsinin 16-cı maddəsi vergi ödəyicisinin vəzifələrinin təsvirinə həsr olunub, 16.1.11-6-cı maddədə isə vergi ödəyicisi kimi vergi orqanlarında qeydiyyata alınmış şəxslər üçün mal, xidmət satarkən və ya iş yerinə yetirərkən, hər bir vergi ödəyicisinin onlara elektron qaimə-faktura göndərmək vəzifəsi qeyd olunur. 16.1.11-6.1 və 16.1.11-6.3-cü maddələrdə sadalanan üç xidmət kateqoriyası ilə əlaqədar vergi ödəyiciləri bu vəzifədən azad edilir:

Beləliklə, yalnız yuxarıda qeyd etdiyimiz xidmətləri göstərən vergi ödəyiciləri tərəfindən verilmiş kassa çekləri və ya qəbzləri xidmətlərin alınması xərclərini təsdiq edən sənəd kimi qəbul edilə bilər və həmin vergi ödəyicilərinə bu xərcləri gəlir vergisi bəyannaməsində gəlirlərdən çıxarmaq hüququ verir. Bütün digər hallarda kassa çekləri və mədaxil qəbzləri xərcləri təsdiqləyən sənəd hesab edilmir. Başqa sözlə, xərclər bölüşdürülməmiş mənfəətdən cari ilin gəlirlərindən çıxılmadan silinməlidir

Fəxriyyə İKRAMQIZI