Əcnəbilər keçən il bank kartları ilə ölkəmizdə 430,2 milyon manatlıq əməliyyatlar aparıblar

2021.01.29 14:01 (UTC+04:00)

Koronavirus (COVID-19) pandemiyası ilə bağlı yaranan vəziyyət digər ölkələrdə olduğu kimi, Azərbaycanın da turizm sektoruna təsirsiz ötüşməyib, ötən ilin mart ayından başlayaraq bu sahədə azalmaya səbəb olub.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın yanvar sayında bildirilib ki, bunun nəticəsində keçən ilin dekabr ayında xarici vətəndaşların bank kartları vasitəsilə ölkəmizdə apardıqları əməliyyatların dəyəri 27,9 milyon manat təşkil edib.

2020-ci ildə əcnəbilər bank kartları ilə 430,2 milyon manatlıq əməliyyatlar aparıblar.