“Azərkosmos” dekabrda 23 ölkəyə 3,8 milyon dollarlıq xidmət ixrac edib

2021.01.29 13:40 (UTC+04:00)

Keçən il “Azərkosmos” Açıq Səhmdar Cəmiyyəti (ASC) tərəfindən 33 ölkəyə 45,1 milyon ABŞ dolları dəyərində xidmət (peyk telekommunikasiya xidmətləri və optik peyk xidmətləri) ixrac olunub.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın yanvar sayında bildirilib ki, “Azərkosmos”un xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 90 faizini təşkil edib.

Dekabrda ASC 23 ölkəyə 3,8 milyon dollar dəyərində xidmət ixrac edib. Səhmdar Cəmiyyətin ötən il xidmət ixracı həyata keçirdiyi əsas ölkələr ABŞ, Birləşmiş Krallıq, Fransa, Malayziya və Birləşmiş Ərəb Əmirlikləri olub.