Yanvarda “Bir Pəncərə” Mərkəzi ilə 8,4 milyon dollarlıq qeyri-neft ixracı həyata keçirilib

2021.01.29 13:25 (UTC+04:00)

Cari ilin yanvar ayında “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi vasitəsilə həyata keçirilən qeyri-neft ixracının dəyəri 8,4 milyon ABŞ dolları olub.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın yanvar sayında bildirilib ki, ötən il ərzində “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi vasitəsilə ixrac edilən mal və məhsulların dəyəri 182,8 milyon ABŞ dolları təşkil edib.

Qeyd edək ki, “İxrac İcmalı”nın məqsədi sahibkarları ixracla bağlı maarifləndirməyə, yerli malların ənənəvi və yeni bazarlara çıxarılması imkanlarını artırmağa və beynəlxalq bazarlara inteqrasiya prosesini sürətləndirməyə xidmət edir.