Keçən il “Azexport.az” portalına 610,8 milyon dollarlıq ixrac sifarişləri daxil olub

2021.01.29 13:00 (UTC+04:00)

Ötən il “Azexport.az” portalına 610,8 milyon ABŞ dolları dəyərində ixrac sifarişləri daxil olub.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın yanvar sayında bildirilib ki, keçən ay portala daxil olan ixrac sifarişlərinin dəyəri 57,5 milyon dollar təşkil edib.

2017-ci ilin yanvarından ötən il dekabrın 31-dək (48 ay ərzində) “Azexport.az” portalına 142 ölkədən daxil olan ixrac sifarişlərinin dəyəri 2 milyard 195,6 milyon dollara çatıb.