İxracın genişləndirilməsi ilə bağlı yeni strategiya hazırlanıb

2021.01.29 10:01 (UTC+04:00)

Milli İxrac Strategiyası adlı sənədin baxılmaq üçün Nazirlər Kabinetinə təqdim edilməsi nəzərdə tutulub. Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) prezidenti vəzifələrini icra edən Yusif Adbullayev dünən keçirdiyi mətbuat konfransında qeyd edib ki, xarici ekspertlərin iştirakı ilə hazırlanmış strategiya 2021-2025-ci illəri əhatə edəcək.

Onun sözlərinə görə, sənəddə üç əsas istiqamət hədəflənib:
- yeni ixrac məntiqi və mədəniyyətinin yaradılması;
- ixrac bazarlarına uyğun olan məhsulların ixracı;
- "Made in Azerbaijan" brendinin təşviqi istiqamətində işlərin görülməsi.