“Azərbaycan Ticarət Evi” layihəsinə dair ticarət evlərinin yeni fəaliyyət konsepsiyası hazırlanıb.
Bu barədə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) rəhbəri vəzifələrini icra edən Yusif Abdullayev keçirdiyi mətbuat konfransında deyib.
Y.Abdullayev qeyd edib ki, Pakistan və Yaponiyada Azərbaycan Ticarət evlərinin açılması ilə bağlı müraciətlər var. Hazırda bu ölkələrin bazarları araşdırılır.
Qeyd edək ki, ilk “Azərbaycan Ticarət Evi” 2017-ci ilin mayında Minsk şəhərində açılıb.