Azərbaycan sahibkarları bu il Dubay, Çin və Moskvadakı beynəlxalq sərgilərə qatılacaqlar

2021.01.28 13:12 (UTC+04:00)

Azərbaycana sahibkarları 2021-ci ildə Dubay, Çin və Moskvada keçiriləcək beynəlxalq sərgilərdə iştirak edəcəklər.

Bu barədə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) rəhbəri vəzifələrini icra edən Yusif Abdullayev deyib.

Y.Abdullayev qeyd edib ki, fevralın 21-25-də Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində “Gulfood 2021” beynəlxalq qida sərgisi, martın 21-27-də Çin Xalq Respublikasının Çenqdu şəhərində “Şərab və spirtli işçilər” sərgisi, martın 30-dan aprelin 2-dək Moskvada “Mosbuild” beynəlxalq tikinti materialları sərgisi açılacaq. Sərgilər çərçivəsində sahibkarlar görüşlər keçirəcək, ixraca dair müzakirələr aparacaqlar.