Ötən il 7 müxtəlif bazarda 12 bazar araşdırılması aparılıb

2021.01.28 12:19 (UTC+04:00)

Ötən il 7 müxtəlif bazarda 11 məhsul və məhsul qrupu üzrə 12 bazar araşdırılması həyata keçirilib.

Bu barədə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) rəhbəri vəzifələrini icra edən Yusif Abdullayev yanvarın 27-də keçirdiyi mətbuat konfransında deyib.

“Keçən il əlavə 28 bazar araşdırması üçün sahibkarlardan sifariş qəbul edilib və müsabiqə həyata keçirilib. Sözügedən bazar araşdırmalarının bu il ərzində təqdim edilməsi planlaşdırılır”, – deyə Y.Abdullayev bildirib.