Ötən il qlobal miqyasda mayeləşdirilmiş təbii qaz (LNG) ticarəti artıb.
Bu barədə Beynəlxalq Enerji Agentliyi (IEA) məlumat yayıb.
IEA-ya görə, ABŞ 20 fazilik payla spot və qısamüddətli LNG tədarükündə ən böyük mənbə rolunu pynayan ölkə olub. Çin 20 faiz və Hindistan 11 faizlə ən böyük alıcı ölkələrdir. Avropada isə Türkiyə 2020-ci ildə qısamüddətli və spot LNG ticarətini əvvəlki illə müqayisədə 50 faizdən çox artırıb və bu sahədə ən böyük tədarükçü ölkə olub.
Asiya bazarında LNG qiymətləri 2011-ci ildə baş verən Fukuşima nüvə qəzasından sonra ən yüksək səviyyəyə çatıb.