Almaniyada lotereyası udan Türkiyə vətəndaşına vergi məsləhəti veriləcək

2021.02.01 18:04 (UTC+04:00)

Avropanın ən geniş yayılmış lotereya oyunu olan “Avrocekpot”un 94,8 milyon avro dəyərində böyük uduşunu Almaniyanın Şimali Ren Vestfalya əyalətinin Raytberq qəsəbəsində yaşayan bir Türkiyə vətəndaşı qazanıb.

“Westlotto” şirkətinin baş direktoru mətbuata verdiyi açıqlamada bildirib ki, böyük məbləğdə pul udmuş şanslı şəxsə udduğu pulu necə xərcləmək üçün məsləhətçi təyin olunacaq. Verilən məsləhət sadəcə udulan sərvətdən necə istifadə ediləcəyini deyil, həm də hüquq və vergi məsələlərini əhatə edəcək.