Ötən il qeyri-neft-qaz sektoru üzrə vergidaxilolmaları 5,6 milyard manat olub

2021.01.27 14:00 (UTC+04:00)

2020-ci ildə qeyri-neft-qaz sektoru üzrə vergidaxilolmaları 5,6 milyard manat olub. Bu, indiyədək qeydə alınan ən yüksək göstəricidir.

Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

Nazir qeyd edib ki, qeyri-neft-qaz sektoru üzrə yığılmış vəsaitin cəmi daxilolmalarda xüsusi çəkisi 76 faizə çatıb.