2020-ci ildə Azərbaycanda istifadə edilən ödəniş kartlarının sayı əvvəlki ilə nisbətən təxminən 2 milyon ədəd artaraq 9 milyon 230 minə çatıb. Mərkəzi Bankın hesabatına əsasən, artım daha çox sosial və əməkhaqqı kartlarının hesabına baş verib. 2019-cu ildə istifadə olunan sosial kartların ümumi sayı 2 milyon 383 min ədəd olduuğu halda, 2020-ci ildə bu rəqəm 3 milyon 443 min ədədə çatıb. Əməkhaqqı kartlarının sayı isə 185 min ədəd artaraq 2 milyon 501 min ədəd təşkil edib.
Kredit kartlarının sayı 2020-ci ildə 1 milyon 93 min ədədə çatıb. Ötən il debet və kredit kartları vasitəsilə aparılan əməliyyatların ümumi həcmi artaraq 28 milyard 951 milyon manata çatıb. 2019-cu ildə bu göstərici 23 milyard 241 milyon manat olub. Bir ildə kartlarla aparılmış əməliyyatların ümumi həcmində 5 milyard 710 milyon manat artım qeydə alınıb.