Keçən il ölkənin mədənçıxarma sənayesində istehsal olunmuş əsas məhsul növlərindən sayılan qiymətli metal filizlərinin 4309,8 kiloqramı gümüşün payına düşüb.
Dövlət Statistika Komitəsinin məlumatlarına görə, bu göstərici 2019-cu illə müqayisədə 12,8 faiz artıb.
Cari il yanvarın 1-nə olan vəziyyətə əsasən, hazır gümüş ehtiyatı 64,6 kiloqram təşkil edib.