Beynəlxalq Valyuta Fondu neftin qiymətinə dair proqnozunu artırıb

2021.01.27 10:10 (UTC+04:00)

Beynəlxalq Valyuta Fondu (IMF) neftin qiymətinə dair proqnozunu artırıb.

Fond cari ildə neftin qiymətinin 50,03 dollar/barrel olacağını nəzərdə tutur. Əvvəlki proqnoz 47 dollar/barrel idi.
IMF bu il neft qiymətinin 20 faiz artacağını gözləyir. 2022-ci ildə isə orta qiymətin 48,82 dollar/barrel təşkil edəcəyi proqnozlaşdırılır.

Fonda görə, 2020-ci ildə neftin orta qiyməti 41,29 dollar/barrel olub.