Prezident İlham Əliyev Fransanın Avropa və Xarici İşlər Nazirliyinin dövlət katibini qəbul edib

2021.01.26 15:21 (UTC+04:00)

AZƏRTAC xəbər verir ki, dövlət katibi Jan Batist Lömuan dörd il əvvəl Azərbaycana səfərini və Bakıda Fransız-Azərbaycan Universiteti - UFAZ-ın yeni tədris binasının açılışında iştirakını məmnunluqla xatırlayıb.

Söhbət zamanı regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb, Azərbaycan-Fransa əlaqələrinin gündəliyinə toxunulub.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub.