ATV ilə İqtisadiyyat Nazirliyinin birgə layihəsi olan "İqtisadi zona" proqramı yenidən tamaşaçıların görüşünə gəlib. Proqramın növbəti buraxılışında həftənin rəsmi xronikasına, əsas iqtisadi yekunlarına nəzər salınıb, Azərbaycanla Türkmənistan arasında Xəzər dənizində “Dostluq” yatağının kabohidrogen ehtiyatlarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi barədə anlaşma memorandumunun imzalanması, İqtisadiyyat naziri Mikayıl Cabbarovun “Bloomberg” agentliyinə müsahibəsi, işğaldan azad edilmiş ərazilərimizin bərpası, aqrar sahənin sığorta problemi, ipoteka kreditləri barədə süjetlər nümayiş etdirilib.
Proqramın qonağı “Sumqayıt Sənaye Parkı” MMC-nin direktoru Nazim Talıbov sənayeləşmənin mövcud vəziyyəti və perspektivləri ilə bağlı maraq doğuran suallara aydınlıq gətirib.