Dekabrda dəmir yolu nəqliyyatı ilə ümumilikdə 624 min 186 ton yük daşınıb ki, bu yüklərin dəyəri 275,3 milyon ABŞ dolları olub.
Dövlət Gömrük Komitəsindən bildirilib ki, keçən ay dəmir yolu nəqliyyatı ilə ixrac olunan 237 min 329 ton yükün dəyəri 56,9 milyon dollar təşkil edib.
Eyni dövrdə bu nəqliyyat növü ilə idxal edilən yüklərin həcmi 386 min 856 ton, dəyəri isə 218,4 milyon dollar olub.