Ötən il Azərbaycan Avropa İttifaqı (Aİ) ölkələri arasında ən çox İtaliyaya məhsul ixrac edib.
Dövlət Gömrük Komitəsindən bildirilib ki, Azərbaycanın keçən il ən çox məhsul ixrac etdiyi Aİ-yə üzv ölkələr İtaliya, Yunanıstan və Xorvatiya olub. İtaliyaya ixrac olunan məhsulların dəyəri 4 milyard 172,2 milyon ABŞ dolları, Yunanıstana 523,3 milyon dollar, Xorvatiyaya isə 470,8 milyon dollar olub.